Polşada III Avropa Oyunlarına dəstək məqsədi ilə şahmat yarışları keçirilib.
Apasport.az saytının məlumatına görə, Avropa Şahmat İttifaqının təşəbbüsü ilə Krakovda cütlüklərin blits üzrə Avropa çempionatı təşkil olunub.
Şəhriyar Məmmədyarovla Günay Məmmədzadədən ibarət Azərbaycan millisi qrup mərhələsində Niderlanda məğlub olub, ardınca İsrail komandası ilə heç-heçə edib, Polşa, Rumıniya, Ukrayna və İspaniyaya qalib gəlib. Son turda komandamız Ermənistanla heç-heçə oynayıb.
Qrupda ilk dördlükdə qərarlaşan şahmat duetimiz pley-offa yüksəlib. Dairəvi sistemlə keçirilən yarışın yekununda Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.
Yekun sıralamada komandamız turnir cədvəlində üçüncü yeri tutaraq daha bir mükafata – bürünc medala layiq görülüb.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək