Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Sardiniyada (İtaliya) keçirilən gənclər arasında dünya çempionatında uğurlu çıxışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, milli komandamızın 19 yaşlı üzvü altıncı turda Nutakki Priyankanı (Hindistan) məğlub edərək xalını 5,5-ə çatdırıb.
Hazırda Gövhər Beydullayeva vahid lider olub və ən yaxın izləyicisini 0.5 xal qabaqlayır.
Abdulla Qədimbəyli 6-cı turda italiyalı Françesko Sonislə heç-heçə oynayıb. Aktivində 4,5 xal olan şahmatçımız liderlərdən yarım xal geri qalmaqla beşinci pillədə qərarlaşıb.
Ləman Hacıyeva və Məhəmməd Muradlı Flippin təmsilçilərindən üstün olublar. Hacıyeva 4 xalla 18-ci, Muradlı 3 xalla 67-cidir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib