Səfərli liderliyi əldən verdi
27.11.2023 - 11:24
Portuqaliyanın Fiqeyra-da-Foş şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir davam edir.
Apasport.az xəbər verir ki, yarışın VII turunda Azərbaycan şahmatçısı Eltac Səfərli norveçli Semyon Mitusovla qarşılaşıb.
Görüş heç-heçə ilə yekunlaşıb. Xal itkisi qrossmeysterimizi liderlikdən məhrum edib. Aktivində 5,5 xalı olan şahmatçımız kubalı Karlos Albernosdan yarım xal geri düşüb və ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışın sonuna iki tur qalıb.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0