Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatında 3 sərbəst güləşçimiz finala çıxıb.
Apasport.az xəbər verir ki, Rəşid Babazadə (65 kq) həlledici görüşdə Fransanı təmsil edən dağıstanlı Həmzət Arsamerzoyevlə üz-üzə gələcək.
Dağıstanlı idmançımız Məhəmməd Xanıyev (70 kq) finalda ermənistanlı Hayk Papikyanla qarşılaşacaq.
İslam İlyasov (97 kq) ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam titulunu qorumaq üçün türkiyəli Oktay Çiftçiyə qalib gəlməlidir.
Həmçinin, Nurəddin Novruzov (57 kq) bürünc medal uğrunda Rafal Şevts (Polşa) – Edik Harutyunyan (Ermənistan) görüşünün qalibiylə güləşəcək.
Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar martın 18-də Bakı vaxtı ilə 20:00-da başlayacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək