Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin loqosu təqdim olunub.
Apasport.az saytının məlumatına görə, “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi loqotipi müxtəlif tarixi-mədəni elementlərdən ilhamlanaraq ərsəyə gətirilib.
İntellektual idman yarışının əsas vizual təsvirini təşkil edən loqotipdə Şuşa Qalası, Qarabağ atı və şahmat fiquru kimi topun elementlərinin kombinasiyası yaradılıb. Loqotipdə Şuşa Qalasının üzərindəki yazıya uyğunlaşdırılan şriftdən istifadə olunub.
Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək