Taekvondo yığmasında MƏŞQÇİ DƏYİŞİKLİYİ
26.09.2022 - 13:59
Taekvondo üzrə Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Taekvondo Federasiyasından apasport.az saytına yeniyetmələrdən ibarət yığma Rəşad Məmmədova həvalə edilib.
O, bu postda Elnur Amanovu əvəzləyib. Amanov isə fəaliyyətini Reza Mehmandostun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. 45 yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək.
Yeniyetmələrdən ibarət yığmada Vurğun Cəfərov əvvəl olduğu kimi, yenə böyük məşqçi kimi çalışacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0