Taekvondoçularımız açıq Avstriya çempionatına yollandılar
31.03.2023 - 11:09
Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, İnsbrukda 2 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu gün İnsbruka yollanan komanda aprelin 3-də Bakıya qayıdacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0