Azərbaycan taekvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən beynəlxalq "Prezident Kuboku" turnirində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bütün döyüşlərini qələbə ilə başa vurub.
O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi, cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada keçirilən təlim-məşq toplanışının ardından "Prezident Kuboku" turnirinə qatılıblar.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb