28 may Müstəqillik Gününə həsr olunan stolüstü tennis üzrə ənənəvi “Top-8” turniri keçirilib.
Apasport.az saytı xəbər verir ki, yarışa ölkə çempionatında ilk 8 yeri tutan idmançılar qatılıb.
“Şüa” İdman Kompleksində keçirilən turnirin açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova bu cür turnirlərin qarşıdakı beynəlxalq yarışlara hazırlıq baxımından əhəmiyyətli olduğunu bildirib.
Şəxsi xarakter daşıyan yarışda kişilərdən Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari, Əliverdi Şahgəldiyev qüvvəsini sınayıb. Qadın tennisçilərdən isə Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova qələbə uğrunda mübarizə aparıb. Dairəvi sistem üzrə 2 yarımqrupda keçirilən turnirin nəticələrinə əsasən kişi tennisçilərdən Emin Məmmədov baş mükafata layiq görülüb. Vəzir Allahverdiyev 2-ci, Nihad Məmmədov 3-cü yeri tutub. Qadınların yarışı Ləman Abdulhəmidovanın qələbəsi ilə yekunlaşıb. İlk üçlüyü müvafiq olaraq Mərziyyə Nurmətova ilə Nəzakət Qarayeva tamamlayıb.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib