Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir, daha əvvəl Bolqarıstan və Fransa təmsilçilərinə 11:0 qalib gəlmiş Bayramov (74 kq) yarımfinalda macar əsilli Rumıniya güləşçisi Kristian Biroya 10:0 qalib gəlib. Onun finaldakı rəqibi moldovalı Vasile Dyakon olacaq.
92 kq-dakı Abdulcəlil Şabanov yarımfinalda gürcü idmançı Andro Marqişviliyə 13:23 hesabı ilə uduzub. O, bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Abdulcəlil Şabanov Sergey Sarqsyan (Ermənistan) – Fərhad Anoşe (İsveç) cütünün qalibi ilə güləşəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək