"Turan Tovuz”dan xal itkisi - YENİLƏNİB
07.04.2026 - 16:59
"Turan Tovuz”dan xal itkisi - YENİLƏNİB

Misli Premyer Liqasında 26-cı tura bu gün yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün ilk matçı Qubada baş tutub.

Nomimal ev sahibi "İmişli" "Turan Tovuz"u qəbul edib.

Matçda hesabı meydan sahibləri açıb. İkinci hissədə qonaqlar hesabı bərabərləşdirib - 1:1.

Tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

15:00. "İmişli" - "Turan Tovuz" 1:1
Qollar: D. Kardozu, 45 - M. Mampasi, 53

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Quba. Olimpia İdman Kompleksinin stadionu.