Kikboks üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, +91 kq çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı son dünya ikincisi Anto Şiriçə qalib gələrək qızıl medala yiyələnib.
Bu, Ümumdünya Oyunlarında Azərbaycanın yeganə qızıl medalıdır. Azərbaycan bu qızıl medal sayəsində 33-cü yerə qalxıb. 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan millisi bu yerə Litva ilə birgə şərikdir. Kikboksinq üzrə nəticəyə əsasən isə Azərbaycan 1 qızıl medalla Avstriya və Meksika ilə birgə 3-cü yerdədir.
Qeyd edək ki, “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə 1/4 finalda son dünya üçüncüsü Miroslav Vuyoviç diskvalifikasiya olunduğu üçün döyüşmədən qalib elan edilib. O, yarımfinalda digər son dünya üçüncüsü Roman Şerbatyuku (Ukrayna) məğlub edib.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək