[b]“Azərbaycan Avropa Oyunlarının təşkilatçılığında elə səviyyəyə nail olub ki...”[/b]
14.05.2015 - 11:42
[b]“Azərbaycan Avropa Oyunlarının təşkilatçılığında elə səviyyəyə nail olub ki...”[/b]

“Azərbaycan Avropa Oyunlarının təşkilatçılığında elə səviyyəyə nail olub ki, bu, gələcək ev sahibləri üçün çətinlik yaradacaq. Çünki onlar da qitə Oyunlarını ən azı bu səviyyədə təşkil etməlidilər”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Milli Olimpiya Komitəsinin vitse-prezidenti Valeri Borzov deyib.

 

Atletikanın qısa məsafələrində qaçış növlərində Olimpiya çempionu olan mütəxəssis iyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı fikirlərini açıqlayıb. O, Azərbaycanın qitədə ilk dəfə təşkil olunacaq yarışa yüksək səviyyədə ev sahibliyi etməsinə əminlik ifadə edib: “Birinci olmaq həmişə çətindi. Bizim Avropa Oyunlarında iştirak edəcək idmançılarımız da ilk yarışda mübarizə aparacaqları üçün tarixə düşəcəklər. Sadəcə, onlar hələ bunu dərk etmirlər”.

 

Borzov idmançı vaxtlarında daxili yarışlardakı əsas rəqibinin məhz Azərbaycan atleti olduğunu da xatırlayıb. Onun sözlərinə görə, 1972-ci ildə Münhendə keçirilən Yay Olimpiya Oyunlarında 100 və m məsafələrə qaçışda qızıl, 4X100 m məsafəyə qaçışda gümüş medal əldə edərkən, rəqiblərindən olan Aleksandr Kornelyukla rəqabət hələ də yadındadı. Belə ki, Azərbaycan idmançısı 100 m məsafəyə qaçışda 4-cü olub. Həmyerlimiz qısa məsafələrlə müqayisədə estafetdə ukraynalı ilə birlikdə SSRİ millisinin tərkibində ikinci yeri tutub. Borzov 4 dəfə SSRİ çempionu adına yiyələnən, 2 dəfə Avropa çempionatının mükafatçısı olan Azərbaycan atletinin uğurlarının memarını da unutmağını qeyd edib: “Aleksandrın məşqçisi Əfqan Səfərov idi. O da sabiq SSRİ-də çox nüfuzlu və çəkili mütəxəssislərdən biri olub”.