[b]“Ümidlərimiz özünü doğruldacaq” - Niyaməddin Paşayev[/b]
17.06.2015 - 23:01
[b]“Ümidlərimiz özünü doğruldacaq” - Niyaməddin Paşayev[/b]

“Ayxan Tağızadənin yarışda görüşəcəyi rəqibləri biz artıq bilirdik. Buna uyğun hazırlaşmışdıq, taktika seçmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

 

Taekvondoçumuz Ayxan Tağızadənin 68 kq çəki dərəcəsində qızıl medal qazanmasını dəyərləndirən federasiya rəsmisi digər idmançılarımızdan da mükafat gözlədiklərini bildirib.

 

O qeyd edib ki, I Avropa Oyunlarında bürünc medal əldə edən Patimat Abakarova da qızıl medal qazana bilərdi: “Əslində, biz Patimatdan da qızıl medal gözləyirdik. Amma o, bürünc medal qazana bildi. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür edirik. İyunun 18-də tatamiyə çıxacaq iki taekvondoçumuzdan da yüksək nəticə gözləyirik. Güman edirik ki, ümidlərimiz özünü doğruldacaq”.