[b]Bakı-2015:[/b] Triatlon yığmamızın heyəti açıqlandı
14.05.2015 - 10:51
[b]Bakı-2015:[/b] Triatlon yığmamızın heyəti açıqlandı

Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək triatlonçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı-2015-də ölkəmiz 3 idmançı ilə təmsil olunacaq.

 

İyunun 13-14-nə təsadüf edəcək triatlon yarışlarında kişilərin mübarizəsində Rostislav Pevtsovla Aleksandr Yatsenko, qadınların yarışında Kseniya Levkovskaya start xəttinə çıxacaqlar.

 

Qeyd edək ki, Avropa Oyunlarında triatlonçular 2 dəst medalçını müəyyənləşdirəcəklər. Yarışlara ümumilikdə 130 idmançı (65 kişi, 65 qadın) qatılacaq.