[b]Daha iki taekvondoçumuz medal qazandı[/b]
16.02.2016 - 00:29
[b]Daha iki taekvondoçumuz medal qazandı[/b]

Antalyada Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirin ikinci günü yarışa 6 idmançı ilə qatılan gənclərdən ibarət yığma komandamız da aktivinə 2 bürünc medal əlavə edib.

 

Gənclər yığmasının kapitanı, - 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan Əliəsgər Əliyev və Orxan Tağızadə (+78 kq) yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurublar.