“Dünən 9 məkanda 23 mindən çox tamaşaçı iştirak edib. Bu isə orta hesabla 75 faiz edir”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
Bu gün növbəti dəfə mətbuat konfransı keçirən baş direktor dünənki yarışlarla bağlı məlumat verib. O deyib ki, bu, açılış mərasimindən başlayaraq, ilk iş günü idi: “Hazırda 5125 idmançı Atletlər Kəndində qalır. Bu gün yenə bəzi idmançılar ölkəni tərk edəcək. Bu gün 30 minə yaxın tamaşaçı gözləyirik. Stadionların atletika üçün hazırlıq mərhələsi başa çatmaqdadı. Aerobika gimnastikası üzrə də sınaqlar keçirilir. Bu gün saat 11:00-dan velosiped yarışı ilə bağlı yollar bağlanacaq”.