Avropa Oyunlarının mükafatçısı mövqeyini qorudu
08.01.2016 - 12:38
Beynəlxalq Triatlon Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində mövqeyini qoruyub.
Avropa Oyunlarının mükafatçısı 2497,32 xalla yenə 23-cü pillədə qərarlaşıb. Reytinq cədvəlinə isə ispaniyalı Xavyer Qomes liderlik edir.
0
0