Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Birinci Avropa Oyunları üçün öz uniformalarını və akkreditasiya kartlarını götürüblər. Apasport.az saytının məlumatına görə, tədbir Bakı 2015-in Uniformaların paylanması və Akkreditasiya Mərkəzində baş tutub.
Uniformalar, Oyunların uniforma təchizatı “Giltex” şirkəti tərəfindən istehsal olunur. “Giltex” şirkəti Bakı 2015 üçün ümumilikdə 110 min ədəd olmaqla, 7 növdə uniforma istehsal edəcək. Alov qoruyanlar da daxil olmaqla, BAOƏK-nin bütün işçi heyəti növbəti həftələr ərzində Avropa Oyunları zamanı geyinmək üçün öz uniformalarını əldə edə biləcəklər.
BAOƏK-nin baş icraçı direktoru Azad Rəhimov bildirib ki, Bakı 2015 Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq çoxnövlü idman tədbiridi: “Beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək. İşçi heyətimizin və könüllülərimizin öz uniformalarını qürurla geyinəcəklərindən şübhəm yoxdu. Onlar ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə təmsil edəcəklər”.
Saymin Kleq isə qeyd edib ki, Birinci Avropa Oyunları Azərbaycan üçün tarixi hadisəyə çevriləcək: “Mən dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniforma və akreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına daha bir addım yaxınlaşdırır”.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq