I Avropa Oyunlarının məşəli bu gün Bərdədən Goranboy rayonuna gətirilib. Apasport.az saytının xəbərinə görə, məşəlin qarşılanma mərasiminə minlərlə rayon sakini toplaşıb.
Əllərində dövlət bayrağı, I Avropa Oyunlarının atributlarını əks etdirən şəkil və plakatlar tutmuş sakinlər məşəl yürüşünün iştirakçılarını alqışlarla salamlayıblar.
Məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal Hüseynov qəbul edib.
Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Ulu Öndərin adını daşıyan prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.
Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb. İştirakçılar Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı maraqla izləyiblər.
Sonra “Bakı-2015”-in çırağı yandırılıb. Rayonun gənc idmançısı, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.
Məşəl Goranboydan Naftalan şəhərinə yola salınıb (Azərtac).
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək