Yunan –roma güləşçilərimiz dünya 2-cisi oldu
30.10.2023 - 23:01
Yunan –roma güləşçilərimiz dünya çempionatını 2-ci pillədə başa vurub.
Apasport.az xəbər verir ki, 23 yaşadək güləşçilər arasında təşkil olunan mundialda atletlərimiz 4 medal qazanıblar.
Onlardan Xasay Həsənli (77 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Sərxan Məmmədov (130 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıblar. 93 xal toplayan U-23 komandamız yekunda dünya çempionatını ikinci pillədə başa vurub.
Qeyd edək ki, yarışlara Albaniyanın paytaxtı Tirana evsahibliyi edib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0