Zabit Səmədov yeni döyüş təşkilatı yaratdı - FOTO
23.12.2022 - 21:16
Sentyabrda idmançı karyerasını başa vuran sabiq kikboksçu Zabit Səmədov yeni idman təşkilatı açıb.
Apasport.az-ın xəbərinə görə, New Generation Fighting (NGF) adlanan təşkilat artıq sabah ilk döyüş gecəsini keçirəcək.
Azərbaycan Boks Federasiyasının idman zalındakı rinqdə keçiriləcək gecədə 11 döyüş baş tutacaq. Bunlardan 1-i əlbəyaxa döyüş, 4-ü kikboksinq və 6-sı MMA döyüşü olacaq. İlk döyüş gecəsi beynəlxalq xarakter daşıyacaq. Çünki Türkiyə və Özbəkistandan da idmançılar bu yarışda iştirak edəcək.
Qeyd edək ki, gecə saat 18:00-da başlayacaq. Giriş tamaşaçılar üçün sərbəst olacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0