ABL: “Gəncə” evdə “Şəki”ni məğlub etdi
20.04.2025 - 16:54
ABL: “Gəncə” evdə “Şəki”ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

"Gəncə" evdə "Şəki"yə 94:71 xal hesabı ilə qalib gəlib.

Rəqiblərin ilk oyununda "Şəki" qalib gəldiyindən (85:84) növbəti mərhələyə çıxacaq komandanı müəyyənləşdirmək üçün üçüncü matç keçiriləcək. Bu cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" qarşılaşmasının güclüsü ilə görüşəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ikinci oyunları çərçivəsində növbəti qarşılaşmalar aprelin 21-22-də keçiriləcək.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
14:00. "Gəncə" - "Şəki" 94:71 
(28:22, 21:13, 22:21, 23:15)