Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok
17.11.2025 - 12:54
Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha səkkiz qarşılaşma keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin üzvü Alperen Şengünün çıxış etdiyi "Hyuston Rokets" evdə “Orlando Mecik”lə qarşılaşıb. 

Alperenin xalı qarşılaşmanı uzatma dəqiqlərinə aparıb. O, 30 xal, 12 ribaund, 8 asist, 2 blokla komandasının qələbəsində böyük rola sahib olub. 

Matçların nəticələri

“Boston Seltiks” - “Los-Anceles Klippers” – 121-118

“Vaşinqton” - “Bruklin Nets” – 106:129

“Nyu Orlean Pelikans” – “Qolden Steyt Uorriors” – 106:124

“Yuta Cazz” - “Çikaqo Bullz” – 150:147

"San Antonio Spörs" - “Sakremento” – 123:110

"Hyuston Rokets" - “Orlando Mecik” – 117:113

“Dallas” - “Portlend Treil Bleyzers” – 138:133

“Finiks Sanz” - “Atlanta Huks” – 122:124.