NBA-da daha 6 qarşılaşma baş tutub
08.12.2025 - 10:51
NBA-da daha 6 qarşılaşma baş tutub

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm çempionat çərçivəsində daha 6 qarşılaşma baş tutub. 

Apasport.az xəbər verir ki, Kanadada keçirilən matçda “Toronto Reptors” doğma meydançada “Boston Seltiks”ə 113:121 hesabı ilə uduzub. Digər oyunda “Denver Naqqets” səfərdə “Şarlott Hornets” üzərində 115:106 hesablı qələbə qazanıb.

“Memfis Qrizzlis” “Portlend Treyl Bleyzers”lə görüşdə gücünü ortaya qoyaraq 119:96 hesabı ilə qalib gəlib. “Qolden Steyt Uarriors” isə “Çikaqo Bullz”u böyük fərqlə – 123:91 hesabı ilə məğlub edib.

“Los Anceles Leykers” gərgin keçən qarşılaşmada “Filadelfiya”nı 112:108 hesabı ilə üstələyib. Turun ən fərqli nəticəsi isə “Oklahoma Siti Tander”in “Yuta Caz” üzərində 131:101 hesablı qələbəsi olub.