Azərbaycanın kişi və qadın şahmat milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərinə çıxacaqlar.
Apasport.az xəbər verir ki, komandalar VII tur çərçivəsində mübarizə aparacaqlar.
Kişilərdən ibarət millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət Azərbaycan seçməsinin rəqibi isə Ermənistan olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Altı turdan sonra hər iki millimizin hesabında 10 xal var. Kişilərdən ibarət komanda turnir cədvəlində 12-ci, qadınlardan ibarət yığma isə 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir. Yarış sentyabrın 27-də başa çatacaq.