Rimas Kurtinaytis: "Sərgilənən oyun bizi qane edir"
29.04.2025 - 17:56
Rimas Kurtinaytis: "Sərgilənən oyun bizi qane edir"

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin “Şəki” ilə oyununu (96:72) dəyərləndirib.

“Qələbəyə görə şadam. Əla oynadıq. Sonuncu periodda artıq hər şey məlum idi. Səfərdə oynamağımıza baxmayaraq təmkinli çıxış etdik. Nəticə və sərgilənən oyun bizi qane edir. Finalda rəqibimizi gözləyirik. Rəqib komandanı da yarımfinalda yaxşı mübarizəyə görə təbrik edirəm”.

Qeyd edək ki, “Sabah” yarımfinalda “Şəki” ilə hər görüşdə qalib gələrək finala yüksəlib.