ÇL: “Qarabağ” fərqi minimuma endirdi - YENİLƏNİR
25.02.2026 - 01:12
ÇL: “Qarabağ” fərqi minimuma endirdi - YENİLƏNİR

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etditi kollektiv İngiltərədə "Nyukasl"la üz-üzə gələcək.

Oyuna saat 00:00-da start veriləcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu 

00:00. “Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) 3:2
Qollar: S. Tonali, 5, Joelinton, 6, X. Barns, 53 - K. Duran, 51, E. Cəfərquliyev, 57

"Nyukasl": Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
“Sent Ceyms Park” stadionu
Baş hakim: Davide Massa 
Baş hakimin köməkçiləri: Filippo Meli, Stefano Alassio 
Dördüncü hakim: Luka Pairetto 
VAR: Daniele Kiffi (İtaliya) 
AVAR: Kristian Dingert (Almaniya)