“Sabah” və “Qarabağ” futbol klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər.
Apasport.az xəbər verir ki, “Sabah” əsas mərhələnin dördüncü turunda Norveçin “Vikinq” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Sandnes Ulf Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Sabah” U-19 daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) komandalarına məğlub olub.
“Qarabağ” isə ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ” rəqibinə 1:2 hesabı ilə uduzub.
- Ayxan Abbasov: “Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik”
- Millətlər Liqası: Almaniya Serbiyanı məğlub etdi, Niderlanddan darmadağın – YENİLƏNİB
- Millimiz D Liqasının qrupunu lider başa vurdu – YENİLƏNİB
- Asim Xudiyev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”