Azərbaycan təmsilçiləri bu gün Türkiyənin İstanbul şəhərində start götürən boks üzrə IBA Prezident kubokunda mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyevlə Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.
Məşqçilər korpusu kubokda Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev, Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev, Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq) və Seyid Seyidova (85 kq) şans verəcəklər.
Yarışın qaliblərinin adına dekabrın 4-də aydınlıq gələcək.
İstanbulda Fuad Aslanovla Rövşən Qədirov ölkəmizi hakim kimi təmsil edəcəklər.
- Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
- Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
- Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
- Gülər Hüseynova: “Azərbaycan idmanında bir ilkə imza atdım”