
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
48 kq çəkidə mübarizə aparan Banuçiçək Nəsirli 1/4 final çərçivəsində qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
Qeyd edək ki, Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.
- 8 boksçumuz 1/4 finalda
- “Heydər Əliyev kuboku-2025”: 6 boksçumuz ilk görüşdə qələbə qazanıb
- “Heydər Əliyev kuboku-2025” turnirinin açılış mərasimi keçirilib - FOTO
- Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək