
Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az xəbər verir ki, komandamız Breila şəhərində təşkil olunacaq “Drakula Open”ə 14 idmançı ilə qatılacaq.
Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.
Turnirdə Rövşən Qədirov və Qalib Əbiyev ölkəmizi hakim kimi təmsil edəcək.
Qeyd edək ki, fevralın 16-da başlayacaq “Drakula Open”də final döyüşləri ayın 23-də olacaq.
- 8 boksçumuz 1/4 finalda
- “Heydər Əliyev kuboku-2025”: 6 boksçumuz ilk görüşdə qələbə qazanıb
- “Heydər Əliyev kuboku-2025” turnirinin açılış mərasimi keçirilib - FOTO
- Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək