Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, görüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq.
Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, “Adriatik incisi”ndə daha 3 boksçumuz yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.
- Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Boksçularımız Monteneqro kubokuna yollanıblar
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
- Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb
- Boksçularımız Banqkokda Olimpiya Təsnifat Turnirində iştirak edəcəklər