Balabəy Ağayev Avropa çempionatının yarımfinalında
16.04.2026 - 13:27
Balabəy Ağayev Avropa çempionatının yarımfinalında

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatına start verilib.

Apasport.az xəbər verir ki, ilk yarış günündə 7 idmançımız tatami üzərinə çıxıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Balabəy Ağayev 1/4 finalda ukraynalı Dilşot Kalmatovla qarşılaşıb. Rəqibini ipponla üstələyən cüdoçu yarımfinala vəsiqə qazanıb.

O, bu mərhələdə moldovalı Radu İzvoreanu ilə qarşılaşacaq.

1/4 finalda uduzan Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayır.