Stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, seçmə komandamız sayca 6-cı yarışa 6 idmançı ilə qatılacaq.
Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək.
Komandamız bugünlərdə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. İdmançılarımız noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər.
Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.