Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti mərhələyə yüksəlib.
Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Polşa təmsilçisi Şimon Trederlə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən qələbə İsfahan Həsənova verilib. Bununla da o, 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Həsənov təsnifat mərhələsində Xorvatiya təmsilçisi Toma Yelençi 6:0 hesabı ilə məğlub etmişdi. U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.