Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hindistan təmsilçisi Qovind Qovindi 10:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
İbrahim Həsənov mundialın 1/8 finalında Gürcüstan təmsilçisi Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, dünya çempionatı Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.