
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən olan 100-ə yaxın idmançı iştirak edib.
Reqlamentə əsasən, avarçəkənlər kayak növündə həm 1 nəfəlik, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən açıq Bakı birinciliyinin qalibləri diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, açıq Bakı birinciliyi və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsədlərdən biri idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdir.