Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşəbbüsü əsasında Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
Apasport.az xəbər verir ki, Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsində baş tutacaq tədbir iki gün – 10 və 11 iyun tarixlərini əhatə edəcək.
İyunun 10-da saat 10:00-dan 15:00-a qədər Dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər.
İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar keçiriləcək. Yarış iştirakçıları 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi ölkəmizdə avarçəkmə idman növünü təbliğ etmək, kütləviliyin təmini və populyarlığı artırmaqdır.
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək
- Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib