Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar.
Gənclər və idman nazirliyi ilə ASTF-nin birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək.
Nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.
- Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək
- Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurub
- Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək