“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.
Apasport.az xəbər verir ki, artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur.
Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb.
“Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb.
Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, yarışa mayın 17-də yekun vurulacaq.
- Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar - FOTO