Azərbaycan stolüstü tennisçiləri Almaniyada və Çexiyada keçirilən “WTT Youth Contender” beynəlxalq yarışına qatılıblar.
Apasport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Onur Quluzadə və Tunar Bağırov martın 12-dək millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlində baş tutan yarışda iştirak edəcəklər.
Yağmur Məmmədli və Aylin Əsgərova isə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Havirov şəhərindəki sınaqlarda bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, bu gün startı verilən “WTT Youth Contender” turniri martın 12-nə qədər davam edəcək. Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunacaq anoloji yarışda mübarizə aparacaqlar.
- Sinner tarix yazdı - Uimbldonda ardıcıl ikinci çempionluq
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib