Avarçəkənlərimiz dünya çempionatında iştirak edəcək
06.09.2024 - 13:18
Sentyabrın birinci yarısında İtaliyanın Genuya şəhərində sahil avarçəkməsi və çimərlik sprinti üzrə dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, sentyabrın 6-8-də baş tutacaq sahil avarçəkməsi üzrə mundialda Bakı Avarçəkmə Kanoe İdman klubu adından qadınlar arasında Diana Dımçenko, kişilərdə isə Murad Sadıxov birnəfərlik qayıqda mübarizə aparacaq.
Qeyd edək ki, 2028-ci ildə Los-Anceles olimpiadasının təqvim planına daxil edilən çimərlik sprinti üzrə dünya çempionatı sentyabrın 13-15-də təşkil olunacaq.
- “Kəpəz”in kapitanı: "Neftçi"nin avrokuboklarda oynaması işimizə yaradı" - MÜSAHİBƏ
- Ceyhun Sultanov: “Qarabağ” onu Gentdə tətbiq etməyə çalışacaq” - MÜSAHİBƏ
- Mirmehdi Rzayev: “Dünyanın ən güclüsü adını qazanacağıq” - MÜSAHİBƏ
- “Real” hücumçusunu 10 milyona satdı
- "Bakının necə gözəl olduğunu söylədim, ailəm daha da həyəcanlandı" - Müsahibə
0
0