Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.
ATF-dən apasport.az saytına verilən məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.
ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Hikmət Səmədovun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib. Səsvermə nəticəsində Hikmət Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında digər təkliflər səsə qoyularaq qəbul edilib.
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə edib
- AFFA-da gənclər futbolunda oyun formatları ilə bağlı müzakirə
- "Fənərbaxça"nın futbolçusu xəstəxanadan evə buraxılıb
- Azərbaycan Premyer Liqasında mövsümün start vaxtı dəqiqləşdi