Azərbaycanlı hakim "Napoli" - "Ayntraxt" matçını idarə edəcək
31.10.2025 - 20:47
Azərbaycanlı hakim Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Napoli" - "Ayntraxt" matçını idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Cüzeppe Kollu yerinə yetirəcək.
Qeyd edək ki, "Napoli" - "Ayntraxt" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
- "Malmö" ilə matçdan öncə "Qarabağ"da itki
- “Sabah”ın baş məşqçisi: “Sona kimi mübarizə apardıq”
- Paris-2024: Parataekvondoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
- "Real" "Jirona"nın müdafiəçisini transfer etmək istəyir
- "Fənər" Edersona təklif göndərdi, "Qalatasaray" azarkeşləri Dursun Özbeki istefaya səslədi
0
0