I Liqa: XX tura start verilir - YENİLƏNİR
02.04.2026 - 09:17
I Liqa: XX tura start verilir - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan I Liqasında XX tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

MOİK "Cəbrayıl"la, "Zaqatala" isə "Difai" ilə üz-üzə gələcək.

Günün son matçı "Bayıl Arena"da keçiriləcək. "Səbail" öz meydanında "Baku Sportinq"i sınağa çəkəcək.

I Liqa
XX tur

15:00. MOİK - "Cəbrayıl" 
Baş hakim: Kamran Əliyev
Binə qəsəbə stadionu

15:30. "Zaqatala" - "Difai" 
Baş hakim: İslam Məmmədov
Zaqatala OİK stadionu

17:00. "Səbail" - "Baku Sportinq" 
Baş hakim: Əli Əliyev
“Bayıl Arena”