ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə Dünya çempionatının ölkəmizdəki yayım hüququna sahib olan İTV mundial üçün bir sıra transferlər həyata keçirib.
Apasport.az xəbər verir ki, mundial zamanı İctimai TV-nin əməkdaşları ilə yanaşı, şərhçilər korpusunda
"CBC Sport" telekanalının 8 əməkdaşı da yer alacaq.
Bunlar arasında Gündüz Abbaszadə, Pərviz Musayev, Elnur Məmmədli, Ramiz Mirzəzədə kimi tanınmış şərhçilər də var.
"CBC Sport"dan edilən transferlər arasında Süleyman Vəliyev, Fərid Ramazanov, Nurlan Valehoğlu, Mustafa Kamal isimlər də yer alıb ki, onlar da ekran qarşısında əyləşən tamaşaçıları öz şərhi ilə coşdurmağa çalışacaq.
Dəvət olunan şərhçilər arasında Tural Məmmədli də var.
İTV-nin öz əməkdaşlarından isə Tural Dadaşovla Əhməd Əliyev şərhçi "sükanı arxası"na keçəcək.
Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.