Messi ABŞ klubunda qalacaq
01.08.2025 - 18:47

“İnter Mayami” futbolçusu Lionel Messi ilə müqaviləni uzatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi ilə sözləşməsini 2028-ci ilin sonuna kimi artıracaq. Bu barədə jurnalist Xavi Kampos məlumat yayıb. “İnter Mayami”nin kapitanla yeni müqaviləni yaxın zamanda açıqlayacağı bildirilir.
Messi bu mövsüm 23 oyunda 19 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi ilin sonuna kimidir.
0
0