“Neftçi” seleksiya məşqlərinə başlayır
10.11.2022 - 13:33
“Neftçi” Futbol Akademiyası 2015, 2016, 2017-ci il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, seçimlər 17, 18, 19 noyabr tarixlərində Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq.

- İsveç millimizi təntənəli şəkildə D Liqasına yolladı - YENİLƏNİB
- Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb
- Gimnastlarımız Gimnaziadada gümüş medal qazanıblar
- "İdmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb" - Açıqlama
- Bakıda Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi KEÇİRİLİB
0
0