"Real" ispaniyalı üçün 50 milyon ödəyəcək
14.07.2025 - 22:26
"Real" ispaniyalı üçün 50 milyon ödəyəcək

“Real” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi “Benfika”dan Alvaro Karrerası transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

“Real” ispan futbolçu üçün 50 milyon avro ödəyəcək.